Əhməd bin Harun Əl-Bərdici (Bərdəli)

         


 Əhməd bin Harun Əl-Bərdici (Bərdəli) - أحمد بن هارون البرديجي
             (301 hicri - 914 miladi tarixində vəfat edib)


Əhməd bin Harun bin Ruh Əl-Bərdici (Əl-bərzi'i) - Allah ona rəhmət etsin, hicrətin üçüncü əsrin əvəllərində Bərdədə anadan olub. O, hədis elmin alimlərindən hesab olunur.

- Əl-Həkim - Allah ona rəhmət etsin, "tarix" adlı kitabında deyir: "...şeyxlərimiz (müəllimlərimiz) ondan yazardı (yəni, elm tələb edərdi)..."

- Həmzə Əs-Səhmi - Allah ona rəhmət etsin, dedi: "Mən Əd-Dəraqutnidən onun barəsində soruşdum və o dedi: "İnanılmış, Əmin adamdır".

- Əl-Xatıb - Allah ona rəhmət etsin, onun barəsində dedi: "İnanılmış, fəzilət sahibi, hafizdir".

- Əbu Şeyx Əl-Əsfahani - Allah ona rəhmət etsin, dedi: "O, hicrətin 301 ilində vəfat etmişdir".

- Əhməd bin Kəmil - Allah ona rəhmət etsin, dedi: "O, Ramazan ayında vəfat etmişdir".

- Onun adı bir necə sənədlə rəvayət olunan hədislərdə keçir. Misal üçün hədislərin birini göstərək:

- أخبرنا السلفي ، أخبرنا أبو الفتح عمر بن محمد بن علكويه ، أخبرنا أبو بكر محمد بن أحمد بن عبد الرحمن إملاء ، حدثنا سليمان بن أحمد ، حدثنا أحمد بن هارون البرديجي ، حدثنا أبو زرعة الرازي ، حدثنا عبد الرحمن بن عبد الملك بن شيبة ، أخبرني أبو قتادة البدري ، حدثني ابن أخي الزهري ، عن عمه ، عن عبد الله بن ثعلبة بن صعير ، عن علي بن أبي طالب : أن رجلا أتى النبي - صلى الله عليه وسلم - فقال :
" من أحب الناس إلى الله ؟ قال : أنفع الناس للناس ".

1- ... Əhməd bin Hərun Əl-Bərdici bizə dedi, ona Əbu Zur'a Ər-Razi danışdı, ona AbdurRahman bin AbdulMalik bi Şeybə danışdı, ona Əbu Qətədə Əl-Bədri danışdı... Hədisin isnadı Əli ibn Əbu Taliba dayanır və o dedi: "Bir insan Peyğəmbərin ﷺ yanına gəldi və dedi:
"Allah hansı insanları daha çox sevir ?" Allah rəsulu ﷺ dedi: "İnsanlara daha faydalı olanı".

- Əhməd bin Hərun Əl-Bərdici, Bağdadda yaşamış və orada da vəfat etmiş. Deyirlər ağ tüklərin rəngini dəyişməzdir.

- Hədis elmin istilah alimləri ibn Salah, ibn Cama'a, Əl-'İraqi, Əs-Suyutı, Əs-San'ani kimi və başqaları, "münkər" hədisi tərif edəndə, daim Əhməd bin Hərun Əl-Bərdicinin etdiyi tərifini zikr edərdilər. Hətta ibn Rəcəb Əl-Hənbəli - Allah ona rəhmət etsin, cəzm edərək demişdir ki: "Əhməd bin Hərun Əl-Bərdicidən qabaq münkər hədisin elmi tərifini edən olmayıb..."

📚 Bax:
شرح علل الترمذي، تحقيق نور الدين عتر 2/653


Onun yazdığı kitablar:
 الأسماء المفردة 📗
 من روى عن النبي من الصحابة في الكبائر 📗


"Əl-Kəbəir" adlı kitabı bu fəndə ondan qabaq yazan olmayıb. Hətta məşhur Əz-Zəhəbinin - Allah ona rəhmət etsin, "Əl-Kəbəir" adlı kitabı, sonradan yazılıb.

Onun haqqında daha ətraflı aşağıdakı qaynaqlara qayıda bilərsiniz:

1- سير أعلام النبلاء 14/122
2- أخبار أصبهان 1/113
3- تاريخ بغداد 5/195 - 194
4- الأنساب 72
5- تاريخ ابن عساكر 2/133
6- معجم البلدان 1/378
7- مختصر طبقات علماء الحديث لابن عبد الهادي 2/128
8- تذكرة الحفاظ 2/747 - 746
9- العبر 2/118
10- الوافي بالوافيات 8/223
11- النجوم الزاهرة 3/184
12- شذرات الذهب 2/234
13- تهذيب ابن عساكر 2/107


✍ Suleyman Cəlil Əl-Azəri (Er-Riyad)
1438 h.

         ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈