Müqəddimə.
1- Hicri tarixi haqqında qısa məlumat.
2- Hicri ilin son cümə gününü ibadətlə xüsusiləşdirmək olarmı ?
3- Yeni hicri illə təbrik etmək olarmı ?
4- Hicri ayların adları.
5- Haram aylar hansılardır və niyə onlara belə ad verilib ?
6- Məhərrəm ayında ediləcək xeyirli əməllər və batil inanclar.
•┈┈┈┈•◈◉✹❒📚❒✹◉◈•┈┈┈┈•
Hicri tarixi haqqında qısa məlumat.
Gün - ərəb dilçilərinin istilahında günəş qalxdıqdan ta batana kimidir. Ərəblərdə isə yeni gün - günəş batdıqdan sonra ta günəş doğana kimi hesab edilir. Çox vaxt "gün" deyəndə, məhz günorta nəzərdə tutulur.
Ay dörd həftəyə, həftə isə yeddi günə bölünür. Bu bölgü Babillərə nisbət edilir.
Allah ﷻ buyurur:
إِنَّ عِدَّةَ الشُّهُورِ عِنْدَ اللَّهِ اثْنَا عَشَرَ شَهْرًا فِي كِتَابِ اللَّهِ يَوْمَ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ مِنْهَا أَرْبَعَةٌ حُرُمٌ ۚ ذَٰلِكَ الدِّينُ الْقَيِّمُ ۚ فَلَا تَظْلِمُوا فِيهِنَّ أَنْفُسَكُمْ ۚ وَقَاتِلُوا الْمُشْرِكِينَ كَافَّةً كَمَا يُقَاتِلُونَكُمْ كَافَّةً ۚ وَاعْلَمُوا أَنَّ اللَّهَ مَعَ الْمُتَّقِينَ
《 Həqiqətən, Allah yanında ayların sayı on ikidir. Bunu da Allah göyləri və yeri yaratdığı gündə Kitaba yazmışdır. Bunlardan dördü haram aylardır. Doğru din budur. Odur ki, bu aylarda özünüzə zülm etməyin. Müşriklər hamısı bir yerdə sizinlə vuruşduqları kimi, siz də hamınız bir yerdə onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir.》
(Ət-Təubə sürəsi, 36 ayə)
Hicri hesablama, ilk olaraq Ömər ibn Əl-Xattabın - Allah ondan razı olsun, dövründə başlandı. İbn Əl-Əsir dedi :
"Hicri tarixin yaranmasının səbəblərindən biri olan əbu Musa əl-Əş'ari Ömər ibn Əl-Xəttaba - Allah onlardan razı olsun, məktub yazıb deyir :" Səndən bizə tarixi olmayan məktublar gəlir". Ömər ibn Əl-Xəttab - Allah ondan razı olsun, məsələyə dair məşvərət üçün toplantı yığır. Toplantıda bəziləri tarixi Allah rəsuluna ﷺ elçilik verilən gündən hesab edilsin - dedilər. Bəziləri vəfatından və bəziləri Mədinəyə hicrət edilən gündən hesab edilməsini təklif etdilər.
Ömər ibn Əl-Xəttab - Allah ondan razı olsun, dedi : "Tarixi, Allah rəsulunun ﷺ Mədinəyə hicrəti ilindən, haqq batildən ayrıldığı gündən hesablayaq !".
İbn Kəsir dedi : "Allah rəsulunun əshabələri - Allah onlardan razı olsun, hicrətdən 16 (17-18) il keçəndən sonra, Ömərin xilafəti dövründə, islam tarixini hicrətlə hesablamaq haqda ittifaq etdilər.
Beləliklə, müsəlmanların ilk tarixi Mədinəyə hicrət edilən gündən hesablanmağa başlanır.
•┈┈┈┈•◈◉✹❒📚❒✹◉◈•┈┈┈┈•
Hicri ilin son cümə gününü ibadətlə xüsusiləşdirmək olarmı ?
Hicri ilin son cümə gününü ibadətlə xüsusiləşdirmək, xas namazlar qılmaq, müəyyən dualar etmək, "son ilin duası" adlı duanı etmək, bayram keçirtmək, təbrik etmək və sair - islam dinində yenilikdir, yəni bidətdir. Bunları etmək olmaz! Çünki, bu kimi ibadətlər nə Qurani Kərimdə, nə də ki, səhih hədislərdə qeyd olunmayıb.
•┈┈┈┈•◈◉✹❒📚❒✹◉◈•┈┈┈┈•
Yeni hicri ili ilə təbrik etmək olarmı ?
Nə Qurani Kərimdə, nə Peyğəmbərin ﷺ səhih hədislərində, nə onun əshabələrinin - Allah onlardan razı olsun, sözlərində bu günü xüsusi olaraq keçirilməsinə, təbrik edilməsinə dair bir səhih məlumat, səhih xəbər yoxdur.
Buna əsasən bəzilərinin : "Yeni iliniz mübarək, xeyirli və bərəkətli olsun!" deməyi dində yenilikdir, yəni bidətdir.
Alimlərin rəyinə əsasən, təbriklər ibadət sayılmır, adət olaraq qəbul edilir. Onlar buyurublar ki, səni təbrik etsələr, sən də cavab olaraq onu təbrik et ! Amma, birinci olaraq təbrik etmə, çünki islam dinimizdə bu növ tərbik varid olmayıb.
•┈┈┈┈•◈◉✹❒📚❒✹◉◈•┈┈┈┈•
Hicri ayların adları.
1- Məhərrəm.
2- Səfər.
3- Rabi'u əl-Əvvəl.
4- Rabi'u əl-Əxir (əs-Səni).
5- Cümədə əl-Əvvəl.
6- Cümədə əl-Əxir (əs-Səni).
7- Rəcəb.
8- Şaban.
9- Ramadan.
10- Şəvvəl.
11- Zul-Ki'də.
12- Zul-Hiccə.
Deyilənlərə görə, bu adları Kiləb ibn Murra vermişdir. Diqqət yetirsəz, bəzi ayların mənası mövsümə görə verilmişdir. Misal olaraq, Rabi'lər - yaz aylarına aiddir və yaz olan aylara yazla bağlı adlar verilirdi. Ramadan ayı isti olduğuna görə, belə ad verilib.
İslam gəlməmişdən öncə ilin ayları sabit, yəni hərəkətsiz idi. Hicri tarixində aylar 29-30 gündən dəyişlənərək, hərəkət edir. Ona görə də, hicri aylara - diri, yəni ruhu olan aylar deyilir. Miladi və qeyrisinə isə meyit, yəni hərəkətsiz aylar deyilir.
•┈┈┈┈•◈◉✹❒📚❒✹◉◈•┈┈┈┈•
Haram aylar hansılardır və niyə onlara belə ad verilib ?
Cahilliyə dövründə ərəblər ayları iki qismə bölmüşdülər.
- Birinci qism: adi olan 8 ay.
- İkinci qism: haram olan 4 ay.
Haram olan aylar - müqəddəs aylar hesab edilirdi. Bu aylarda ərəblər öz ilahlarına ibadəti xüsusiləşdirmişdilər. Bu aylarda : muharibə etmək, haram işlər görmək qadağan idi. Hətta, insan bu aylarda atasının qatilini görsə belə, ondan qisas almırdı. Çünki, bu aylar əzəmətli və əmin olduğu üçün gözlənilirdi.
Qalan səkkiz ayda isə, onlar qadağan olan əməlləri edirdilər. Haram aylar gələndə isə yenidən dayanırdılar.
Haram olan dörd aydan üçü ardıcılla gəlir, biri isə ayrı. Onlar :
1- Zul-Ki'da. 11-ci ay.
2- Zul-Hiccə. 12-ci ay.
3- Məhərrəm. 1-ci ay.
...
4- Rəcəb. 7-ci ay.
•┈┈┈┈•◈◉✹❒📚❒✹◉◈•┈┈┈┈•
Məhərrəm ayında ediləcək xeyirli əməllər və batil inanclar.
- Məhərrəm ayı Allahın haram etdiyi ayların əzəmətlisi və fəzilətlisidir.
- Məhərrəm ayında muharibə etmək, qan tökmək, günah işlər görməyin günahı iki qat yazılır.
Allah ﷻ buyurur:
إِنَّ عِدَّةَ الشُّهُورِ عِنْدَ اللَّهِ اثْنَا عَشَرَ شَهْرًا فِي كِتَابِ اللَّهِ يَوْمَ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ مِنْهَا أَرْبَعَةٌ حُرُمٌ ۚ ذَٰلِكَ الدِّينُ الْقَيِّمُ ۚ فَلَا تَظْلِمُوا فِيهِنَّ أَنْفُسَكُمْ ۚ وَقَاتِلُوا الْمُشْرِكِينَ كَافَّةً كَمَا يُقَاتِلُونَكُمْ كَافَّةً ۚ وَاعْلَمُوا أَنَّ اللَّهَ مَعَ الْمُتَّقِينَ
《 Həqiqətən, Allah yanında ayların sayı on ikidir. Bunu da Allah göyləri və yeri yaratdığı gündə Kitaba yazmışdır. Bunlardan dördü haram aylardır. Doğru din budur. Odur ki, bu aylarda özünüzə zülm etməyin. Müşriklər hamısı bir yerdə sizinlə vuruşduqları kimi, siz də hamınız bir yerdə onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir.》
(Ət-Təubə sürəsi, 36 ayə)
- Məhərrəm ayında bəyənilən xeyirli işlərdən biri də, bu ayda oruc tutmaqdır.
Qətədə - Allah ondan razı olsun, dedi : "Allah mələklərdən və insanlardan - elçi seçdi. Kəlamdan - zikri seçdi. Yerdə - məscidləri seçdi. Aylardan - Ramazanı və Haram ayları seçdi. Günlərdən - cüməni seçdi. Gecələrdən - qədr gecəsini seçdi. Allah əzəmətləndirdiyi şeyləri siz də əzəmətləndirin !".
Əbu Hureyra, Allah rəsulundan ﷺ buyurdu :
"Ramazan orucundan sonra əfzəl olan oruc Məhərrəm ayıdır". Muslim.
- Məhərrəm ayının onu (10) - Aşura günüdür. Aşura günü oruc tutmaq savab işdir.
Allah rəsulu Məkkədə olarkən, Mədinəyə hicrətdən qabaq Aşura orucunu tutardı.
- Məhərrəm ayında nikah etmək, sevinmək haram deyil. Əsli mubahdır. Əli ibn abu Talib - Allah ondan razı olsun, Fatimə ilə - Allah ondan razı olsun, evliliyi tarixçilərə görə bu ayda, hicrətdən bir il sonra olmuşdur. Əli ibn abu Talib - Allah ondan razı olsun, bizim üçün gözəl nümünədir
Bu qədər, daha ətraflı vaxtında olacaq, inşəAllah.
والله أعلم
✍🏻 سليمان جليل الأذري
1438/12/24 هـ.
__________
Məsdərlər:
- Qurani Kərim.
- "Əl-Buxari".
- "Muslim".
- "əl-Liqa əş-Şəhri (44) 1417 h.
- "Əl-Mufassal fii ət-Tərix əl-Arab".
- "Təfsir ət-Tabari".
- "Təfsir ibn Kəsir".
- "Əl-Kəmil fii ət-Tərix".
- "Risələ fii əhədis şəhrullah əl-Muharram".