Tacirin və ticarətin əhkamlarından (Cümə günü)



Cümə günü, cümə namazına getmək istəyən müsəlman, dükanını cümə namazını qılmayana buraxa bilər?

:one:
:point_up:Bilmək lazımdır ki, mən müsəlmanam dedikdə - Allaha mütləq şəkildə təslim olmaqdır. Çünki, "islam" kəlməsi - təslim olmaq mənasını daşıyır.
Allah عز وجل bizdən islamı olduğu kimi, tam şəkildə qəbul etməyimizi tələb edir.
Allah عز وجل buyurur :

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا ادْخُلُوا فِي السِّلْمِ كَافَّةً وَلَا تَتَّبِعُوا خُطُوَاتِ الشَّيْطَانِ ۚ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُبِينٌ

Ey iman gətirənlər! İslamı bütövlüklə qəbul edin və şeytanın addım izləri ilə getməyin. Şübhəsiz ki, o sizə açıq-aydın düşməndir.


:point_up:🏻Bilmək lazımdır ki, ruzi verən tək Allahdır. Kim Allah üçün bir şeyi tərk etsə, Allah عز وجل ona, onun üçün daha xeyirlisini verər.

Peyğəmbərimiz صلى الله عليه وسلم buyurmuşdur :
《 Kim Allah üçün bir şeyi tərk etsə, Allah onun üçün daha xeyirlisini verər》

:two: Məsələ.
:point_up:🏻Bilmək lazımdır ki, cümə namazı :
- həddi-buluğa çatan,
- məcnun olmayan,
- xəstəliklə bağlı üzrü olmayan,
- həbsdə olmayan,
- qul olmayan azad kişilərə fərz edilmişdir.

:three: Məsələ.
:point_up:🏻Bilmək lazımdır ki, cümə namazına azan verildikdən sonra, alış-veriş etmək qadağandır. Və həmin alış-verişin hökmü batildir.

:exclamation:Yəni, alıcının aldığı əşya, həqiqətdə alıcının deyil. Satıcının aldığı pul isə, satıcının deyil.
Nəyə görə :question:
:white_check_mark: Çünki Allah عز وجل buyurur :

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا نُودِيَ لِلصَّلَاةِ مِنْ يَوْمِ الْجُمُعَةِ فَاسْعَوْا إِلَىٰ ذِكْرِ اللَّهِ وَذَرُوا الْبَيْعَ ۚ ذَٰلِكُمْ خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ تَعْلَمُونَ

Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!

Allah عز وجل buyurur :
《وَلَا تَأْكُلُوا أَمْوَالَكُمْ بَيْنَكُمْ بِالْبَاطِلِ وَتُدْلُوا بِهَا إِلَى الْحُكَّامِ لِتَأْكُلُوا فَرِيقًا مِنْ أَمْوَالِ النَّاسِ بِالْإِثْمِ وَأَنْتُمْ تَعْلَمُونَ》

《Mallarınızı öz aranızda haqsızlıqla yeməyin və camaatın malının bir qismini bilə-bilə günah yolu ilə yeyəsiniz deyə hakimləri ələ almağa çalışmayın》.

:four: Məsələ.
:point_up:🏻Bilmək lazımdır ki, cümə namazına (ikinci) azan verildikdən sonra, kimin alış-verişi səhih sayılır ?
1- qadının,
2- qulun,
3- müsafirin,
4- üzrü olan xəstənin,
5- həddi-buluğa çatmayan oğlan uşağının.

Sadaladığım bu qism insanların alış-verişi səhihdir.

:exclamation:Diqqət yetirsəz, "6- kafir", sözünü yazmadım. Aşağıda qeyd ediləcək.

Sual : zikr olunan beş (5) qism insanların alış-verişi kimlər üçün səhihdir :question:

Cavab : özləri üçün. Yəni, onlar kimi, özləri arasındaki olan alış-veriş səhihdir.
Misal üçün :
Cümə namazına azan verilib, beş qisimdən biri olan satıcı, həmin beş qisimdən olan müştəriyə sata bilər.

Qadın - qadına, həddi-buluğa çatmayan oğlan uşağına, müsafirə, üzrü olan xəstə kişiyə və sair.

:exclamation:Amma, əgər satıcı tərəf, beş qisimdən biridirsə, alıcı tərəf isə üzrü olmayan, cümə namazı üzərinə fərz olandırsa, bu halda alış-veriş batil sayılır.


6- kafir.
Cümə namazına (ikinci) azan verildikdən sonra, satıcı və ya alıcı qeyri müsəlman olsa, hökmü nədir :question:

Bu məsələ, əsas məsələyə qayıdır.
Məsələ :
《Kafirlər, şəriətin əmr və qadağalarına mükəlləfdirlər ya yox :question:

Yəni qiyamət günü, onlardan Allahın və Onun rəsulunun əmr və qadağalarını yerinə yetirib, yetirməmələri soruşulacaq ya yox :question:

Əksər alimlərin rəyi budur ki : onlar mükəlləfdirlər. Və baxmayaraq ki, onlar mükəlləf olsalar belə, küfürlərinə görə onlardan ibadət qəbul olunmur.
Allahu عز وجل buyurur :

وَمَا مَنَعَهُمْ أَنْ تُقْبَلَ مِنْهُمْ نَفَقَاتُهُمْ إِلَّا أَنَّهُمْ كَفَرُوا بِاللَّهِ وَبِرَسُولِهِ وَلَا يَأْتُونَ الصَّلَاةَ إِلَّا وَهُمْ كُسَالَىٰ وَلَا يُنْفِقُونَ إِلَّا وَهُمْ كَارِهُونَ

Onların sərf etdiklərinin qəbul olunmasına yalnız o mane olur ki, onlar Allaha və Onun Elçisinə küfr edir, namaza tənbəlliklə qalxır və mallarını könülsüz xərcləyirlər.

________________________
:white_check_mark: Məsələnin xülasəsi :
Cümə günü, cümə namazına azan verildikdən sonra, dükanlarınızı :
- kafirlərə,
- müşriklərə,
- namaz qılmayana həvalə etməyin.
:point_up:🏻Bilin ki, ruzi verən Allahdır. Allah üçün tərk etsəz, Allah sizə qat - qat verər.
Və unutmayın ki, bu əməlinizlə Allahın əmrini yerinə yetirirsiz, eyni zamanda müsəlmanlara tərbiyə verirsiz.
Yada salım ki, islam dinimiz şərq ölkələrə məhz şəriətin əkham və ədəblərinə riayət edərək, ticarətin ədəblərini qoruyaraq, muharibə etmədən çatıb.

Bu qədər, والله أعلم

والله الموفق والهادي إلى سواء السبيل
Hazırladı : سليمان أبو إبراهيم الأذري
1437-03-15