"Allahım, mən Sənin çağırışına səsləndirənə cavab verdim...

Əs-Səji (307 h. Allah ona rəhmət etsin) danışmışdır ki:《İmam Şafinin dostu olan əl-Buveyti (231 h. Allah ona rəhmət etsin) (İraqda) həbsdə idi (və həbsdə də vəfat etdi). Hər cümə günü qüsl alaraq, paltarlarını təmizləyib, ətirlənərək azanı eşidib həbsxananın qapısına doğru gedərdi. Nəzarətçilər :"Qayıt, Allah sənə rəhm etsin!" deyib onu qaytarardılar. Əl-Buveyti (Allah ona rəhmət etsin) deyərdi: "Allahım, mən Sənin çağırışına səsləndirənə cavab verdim, amma mənə mane oldular.》.