Quran və səhih sünnə üzrə müxtəsər İslam əqidəsi kitabından olan müxtəsər faydalar.





Məhəmməd ibn Cəmil Zeynunun (hic. 1431 /2010/ v.e. Allah ona rəhmət etsin) təlif etdiyi "Quran və səhih sünnə üzrə müxtəsər İslam əqidəsi"- adlı əsəri oxudum, bitirdim. Əlhəmdulillah.

Başlanğıc və bitirmə tarixi: 05 - 10/04/2020.


Hansı faydaları əldə etdim:

A. Kitab Əqidə məsələlərin bəzi qisimlərinə toxunur. Kitabın əsas fərqləndirici cəhəti budur ki, müəllif məsələləri qeyd edəndə dəlilini də zikr edir.

B. Kitab müəllifin özünün qeyd etdiyi kimi müxtəsərdir. Bu da kitabın ikinci fərqləndirici cəhətidir ki, oxucunu yormur. Oxucu kitabı 2-5 günə oxuyub qurtara bilər.

C. Kitab üç hissədən ibarətdir:

1. Etiqad.
2. Əxlaq.
3. Dualar.

┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈

Etiqad:

- İslam və İmanın rükünları.

- Allahın qulları üzərindəki haqqı.

- Tövhidin növləri.

- Əməlin qəbul olma şərtləri.

- Böyük şirk və növləri.

- Kiçik şirkin növləri.

- Təvəssül və şəfaət.

- Cihad, vəla və hökm.

- Quran və hədislə əməl.

- Sünnət və bidət.

Əxlaq və Ədəb:

- Möminlərə kömək Bizim üzərimizdə olan haqdır.

Dualar:

- İstixarə duası.

- Şəfa duası.

- Müstəcəb dualar.

- Allahdan başqasına dua etməmək..


Müəllif kitabın sonunda bu etiqadın kimə mənsub olduğunu və onu insanlara kimin tərəfindən gətirdiyini qeyd edir.

┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈