Tövhidin ərəb lüğətində və İslam terminologiyasında tərifi (4)



الحمد لله رب العالمين
والصلاة والسلام على خاتم الأنبياء والمرسلين محمد وعلى آله وأصحابه أجمعين، أما بعد؛

Tövhid - التوحيد kəlməsi, ərəbcə "Ət-Təuhid" tələffüz edilir.

Tövhidin ərəb dilində mənası bir şeyi tək etmək və yaxud da təkləşdirmək deməkdir.

Misal: Abdullah camaat namazında imam duranda safları təkləşdirdi, yəni safları bir etdi.


Tövhidin şəriət terminologiyasında isə:
Tövhid üç qisimdən ibarətdir
1- "Rububiyyət tövhidi".
2- "Uluhiyyət tövhidi".
3- "Ad və sifətlər tövhidi".
Bil ki, Tövhidin bu üç qismin müxtəsər mənası, yəni kainatda hər şeyi yaradan, idarə edən yalnız Allahdır. Və bütün ibadətlər də yalnız Allah üçün edilməlidi - deməkdir.

          ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈

İndi isə bir az ətraflı müzakirə edək.
"Rububiyyət tövhidi"-in açıqlanması:
Yəni kainatda yaradan, idarə edən tək olan Allahdır! Öldürüb, dirildən, məxluqatlara ruzi verən yalnız Allahdır!
Bu işdə Onun heç bir şəriki (yəni ortağı), tayı-bərabəri yoxdur!

Buna bir misal çəkək:
Abdullah bilir ki, insanları yaradan və onlara ruzi verən yalnız (tək olan) Allahdır. İnsanlar isə sadəcə bu işdə bir-birinə vasitədir.

Bunu öyrənib biləndən sonra Abdullah tövhidin növbəti mərhələsinin öyrənilməsinə keçir. Uluhiyyət tövhidi.

          ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈

"Uluhiyyət tövhidi"- dedikdə, yəni insan etdiyi duasında yalnız (tək olan) Allaha etməli və yalnız Onun adını çəkməlidir.
Həmçinin ibadətlərdə. Etdiyi hər hansı ibadəti yalnız (tək olan) Allaha və Onun rizasını qazanmaq üçün etməlidir.

Həmçinin bu işdə də, Onun heç bir şəriki (ortağı) yoxdur! Müsəlmana Bunu bilmək vacibdir.

Bu məsələdə də misal zikr edək ki, məsələ daha aydın olsun:
Abdullahınövladı dünyaya gəldiyi zaman, bir qoyun alıb onu Allaha qurban edir, duasında deyir:
"Ey Allahım! Bu qurbanı yalnız Sənin üçün kəsirəm və bunu məndən qəbul et!"

Deməli Abdullah tövhidin bu qismini də  öyrənməklə, tövhidin növbəti mərhələsinin öyrənilməsinə keçir. Ad və sifətlər tövhididir.

          ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈

"Ad və sifətlər tövhidi"-in açıqlanması, yəni yalnız Allah gözəl isim və sifətlərinə malikdir, deməkdir.

İnsan dua edəndə, məqama uyğun, halına görə Allahın gözəl isim və sifətlərindən duasında istifadə edib Allaha müraciət edib, Allahı çağırarsa, etdiyi duası gözəl və müstəcab olar, yəni qəbul olar.

Ona görə də, Allahın gözəl isim və sifətlərini öyrənməklə, müsəlman firavan yaşayır.

Allah Cəllə Cələluhu buyurur:

وَلِلَّهِ الْأَسْمَاءُ الْحُسْنَىٰ فَادْعُوهُ بِهَا

«Ən gözəl adlar Allahındır. Ona bu adlar vasitəsi ilə dua edin»

📗 Bax: Qurani Kərim, əl-Əraf surəsi, 180 ayə.


Bu məsələni də başa düşmək üçün bir misal zikr edim:
Abdullah ruzi üçün evdən çıxmamış Allaha dua edib deyir:
"Allahım! Rəzzaq olan (yəni ruzi verən) yalnız Sənsən! Mənə bu gün halal ruzi qazanmağı nəsib et!"

Abdullah bilir və iman edir ki, ona ruzi verən yalnız Allahdır. Sadəcə, Abdullahın dediyi və etdiyi hərəkət yəni görəcəyi iş - ruzinin cəlb edilməsi üçün bir səbəbdir.

Uca Allah buyurur:

إِنَّ اللَّهَ هُوَ الرَّزَّاقُ ذُو الْقُوَّةِ الْمَتِينُ

«Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir.»

📗 Bax: Qurani Kərim, əz-Zəriyyət surəsi, 58 ayə.

İkinci misal. Abdullah xəstələnəndə duasında deyir:
"Allahım! Şafi olan yalnız Sənsən! Mənə şəfa ver!"
Abdullah bilir və etiqad edir ki, ona şəfa verən yalnız Allahdır. Həkim və dərmanlar isə - hamısı səbəbdir.
Uca Allah buyurur:
وَإِذَا مَرِضْتُ فَهُوَ يَشْفِينِ

«O Rəbb ki, xəstələndiyim zaman mənə şəfa verir»

Bu ayədə görürük ki, İbrahim (aleyhis sələm) xəstələnsəm, şəfa verən Allahdır dedi.

📗 Bax: Qurani Kərim, əş-Şu'ara surəsi, 80 ayə.


Hələlik bu qədər.
Növbəti dərsdə "Tövhid müsəlmandan nə tələb edir?" mövzusunu müzakirə edəcəyik inşəAllah.

هذا والله أعلم
وصلى الله وسلم على نبينا محمد.

1439/6/15
✍🏻 Suleyman Cəlil.

          ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈