الحمد لله رب العالمين
والصلاة والسلام على خاتم الأنبياء والمرسلين محمد وعلى آله وأصحابه أجمعين، أما بعد؛
"Tövhid", (əqidə) insandan Allahı sevməyi, Ona itaət etməyi, Allahın qarşısında zəlil olmağı, əmrlərini gözəl şəkildə yerinə yetirməyi, bütün növ ibadətləri yalnız Ona yönəltməyi, bütün gözəl söz və əməllərdə ancaq Onun rizasını qazanmağı (yəni Onun üçün etmək), Onun üçün sevməyi və Onun üçün nifrət etməyi - tələb edir.
Tövhidi öyrənən və həyatında yaşadan cəhənnəmin odundan uzaq olacaqdır. Peyğəmbərimizin ﷺ buyurmuşdur:
فَإِنَّ الله قَدْ حَرَّمَ عَلَى النَّارِ مَنْ قَالَ لاَ إِلَهَ إِلا اللهُ يَبْتَغِي بِذَلِكَ وَجْه اللهِ"
"Kim, Lə iləhə illəallah Allahın rizasını qazanmaq üçün deyərsə, Allah onu cəhənnəmin odundan qoruyar."
Bax: Buxari (425) və Muslim (33)
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
Bəziləri zənn edir ki, Peyğəmbərimizdən ﷺ varid olan bu ləfzlə hədislər İslam dininin əmr, qadağalarından və şəriətin istiqrarından qabaq olub. Xeyr, səhv məlumatdır.
Bəziləri zənn edir ki, təkcə kəlmeyi-şəhadəti deməklə, insan cəhənnəmin əbədi odundan özünü qoruyur. Bu da səhv məlumatdır.
İslam dininin kəlmeyi-şəhadətini bu cür anlayıb qəbul etmək və bununla kifayətlənmək xatadır, səhvdir. İslam dini müsəlmandan bunu tələb etmir.
Bu, İslam dinində məlum bir məsələdir ki, insan təkcə şəhadət-kəlməsini deməklə, onun həqiqi müsəlman olmasına kifayət deyil. Çünki münafiqlər də bu kəlməni deyir, amma onların məkanı cəhənnəmin dibidir.
Uca Allah buyrur:
إِنَّ الْمُنَافِقِينَ فِي الدَّرْكِ الْأَسْفَلِ مِنَ النَّارِ وَلَنْ تَجِدَ لَهُمْ نَصِيرًا
«Həqiqətən, münafiqlər Odun ən aşağı təbəqəsində olacaqlar; və sən onlara heç bir köməkçi tapa bilməzsən»
Bax: Qurani Kərim, Ən-Nisə surəsi, 145 ayə.
Yəni baxmayaraq ki, münafiq kəlmeyi-şəhadəti deyir, amma bu ona fayda vermir. Qəribə deyilmi?! Xeyr, qəribə deyil!
Çünki İslam dininin əhkamları mənim, sənin və onun ağlına görə, istəyinə görə yaradılmayıb. İslam dininin əhkamlarını, qayda və üsullarını Uca Allah yaradıb və tərtib edib.
İnsanı yaradan Allah, onun həyatının xeyirli olması üçün müvafiq ibadət əhkamları, dini qanunlar yaradıb, tərtib edib. İnsanları şər və pisliklərdən uzaqlşadırmaq üçün qadağalar yaradıb, tərtib edib.
Xülasə. Müsəlman bilməlidir ki, İslam dini ondan təkcə dildə kəlmeyi-şəhadəti deməsini tələb etmir. Bununla yanaşı, digər ardıcıl ibadətlər də, ondan tələb olunur. Hansı ki, bu ibadətlər insanın təkcə dilinin ifadəsinə deyil, həmçinin qəlbinin də ifadə və əməlinə dayanır.
Bu qədər.
والله أعلم وصلى الله وسلم على نبينا محمد.
1439/6/16
✍🏻 Əbu İbrahim Suleyman Cəlil.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈