Bir gün bir insan alimin yanına daxil olub görür ki, alim bir neçə tələbə ilə oturub, "səhih Buxari" adlı Peyğəmbərimizin ﷺ hədislər kitabını oxuyub, mütaliə edirlər. Kişi bunu görüb, alimə deyir:
"İnsanlar qərb ölkələrində artıq qəmərə çatıblar, sən isə burda oturub Buxarinin kitabını insanlara şərh edirsən!"
Alim ona dedi:
"Məxluq (yəni insan, bəndə) məxluqa çatdı (yəni qəmərə. Yəni ki, hər ikisi Allah tərəfindən yaradılmış məxluqdur). Biz isə, onu (qəməri) yaradan Xaliqə çatmaq istəyirik (yəni məxluqatların Sahibi olan Allaha) ."
Bir az keçir, alim ona yenə deyir:
"Lakin bilirsənmi, bu mövzuda bizim aramızda ( "bizim aramızda"- yəni müəllim tələbələri ilə birlikdə və qəmərə çatan insanlar nəzərdə tutulur) müflis olan yeganə sənsən?!"
"Çünki sən onlarla nə qəmərə çatdın, nə də ki, bizimlə oturub Buxarini oxudun!"
Bu risalə faydalı bir iş görməyən, tənqidlə məşğul olan, ətrafdakıların qədrini bilməyən və onları insanların gözündən salmaq istəyənlərə və çox danışmağı xoşlayanlara həsr edilib.
Bu həm Hövsan qardaşlarına, həm də başqalarına aiddir.
Allah dinimizi qorusun!
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈