Şəhvətin təsiri şübhədən də güclüdür



Saleh ibn Useymin (Allah ona rəhmət etsin) dedi:

«Günahların qəlbə təsiri güclüdür. Ən şiddətlisi (ağır olanı) isə, şəhvətin təsiridir. Hansı ki, şübhədən də təsirlidir, güclüdür. Çünki şübhəni insandan qaldırmaq (götürmək) asandır, təbii ki, Allah onu kimə asanlaşdırsa. Şübhənin mənbəsi cahillikdir (elmsizlik), ona görə də onu elmlə, öyrənməklə aradan qaldırmaq (götürmək) mümkündür. Lakin şəhvət isə, hansı ki, insan iradəsi batili istəyir, bax bu əsl bəladır, bu həm alimi həm də ki, cahili məhv edir.»

📚 Bax: مجموع الفتاوى

          ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈