Hamilə, süd verən, nifaslı və heyzli olan qadın - ramazan orucun qəzasın, o biri ramazan orucu gəlməmiş tutmalıdır, bu vacibdir.
Dəlil:
وَمَنْ كَانَ مَرِيضًا أَوْ عَلَىٰ سَفَرٍ فَعِدَّةٌ مِنْ أَيَّامٍ أُخَرَ
«Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda oruc tutmalıdırlar.»
📗 Bax: Qurani Kərim, əl-Bəqərə surəsi, 185 ayə.
Hamilə, süd verən, nifaslı və heyzli olan qadın, ayədə zikr olunan "xəstə" hökmündədirlər.
Oruc onların boynundadır. Onlar orucu növbəti ramazan orucuna qədər mütləq tutmalıdırlar. Ciddi üzr olmadan gecikdirmək olmaz. İmkan olan kimi tut, gecikdirmə!
- İstər ardıcıl tut.
- İstər bir gün tut, bir gün tutma.
- İstərsə də, bir neçə gün tut, sonra tutma, sonra yenə tut. Bu iş sənə qayıdır.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
Şeyx ƏbdulƏziz ibn Bəzz (Allah ona rəhmət etsin) dedi:
"Əgər qadının ciddi üzürü olmadan, növbəti ramazan orucuna qədər, orucunu tutmasa və yeni ramazan orucu gələrsə, o zaman o:
1. tövbə etməli,
2. orucun qəzasını yerinə yetirməli
3. və hər tutmadığı gününə qarşı bir kasıbı yedizdirməlidir.
Lakin qadın şər'i səbəbə görə oruc tuta bilməyibsə, o zaman ona günah yazılmır və o, ancaq qəza tutmalıdır."
Həmçinin bu rəyi şeyx Saleh əl-Fauzan (Allah onu hifz etsin) buyurur.
İbn Həcər əl-Heytəmi və əl-Məvardi (Allah onlara rəhmət etsin) üzrü olmayanın oruc tutmamasının kəffarəsi: tövbə, qəza və kasıbı yedizdirmək haqda fitvanın altı səhabədən nəql olduğunu və bu məsələdə onlara heç kimin müxalif olmadığını - buyurublar.
Qeyd və nəsihət.
1. Məsələ alimlər arasında ixtilaflıdır.
2. Kasıbı yedizdirmək imkanı varsa, yedizdirir, yoxdursa, bu səndən düşür. Sənə günah yazılmır.
3. Kasıbın bir günlük yeməyi - bir kilo yarım təqdir edilir.
4. Əgər hamilə və süd verən qadınlar oruc tuta bilirlərsə və bu onlara və övladlarına ziyan olmayacaqsa, tutsunlar.
والله أعلم
✍🏻 Əbu İbrahim Suleyman Cəlil.
1439/7/10