Artıq 1400 ildən artıqdır ki, İslam öz nəcib prinsipləri ilə uşaqlara xüsusi diqqət yetirərək, onlara daim qayğını təmin edir.
Uşaqların hüquqlarını uşaq dünyaya gəldikdən sonra məhdudlaşdırmır, əksinə o doğulmamış onun hüquqlarının qarantıdır.
İslamda uşaqlıq - sevinclə, gözəlliklə, arzularla, xoşbəxtlik və məhəbbətlə dolu olan xüsusi bir aləmdir.
Quranın sözü uşaqlar haqda məhəbbətlə, xeyirxahlıqla doludur. Uca Allah isə uşaqlığa and içir.
وَوَالِدٍ وَمَا وَلَدَ
«And olsun valideynə və onun törəməsinə!»
📗 Bax: Qurani Kərim, Əl-Bələd surəsi, 3 ayə.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
Uşaqların doğulması - sevincli bir xəbər hesab edilir. Quranda deyilir:
يَا زَكَرِيَّا إِنَّا نُبَشِّرُكَ بِغُلَامٍ اسْمُهُ يَحْيَىٰ لَمْ نَجْعَلْ لَهُ مِنْ قَبْلُ سَمِيًّا
«Ona belə vəhy olundu: “Ey Zəkəriyya! Səni Yəhya adlı bir oğulla müjdələyirik. Biz bu adı ondan öncə kimsəyə qoymamışıq!”»
📗 Bax: Qurani Kərim, Məryəm surəsi, 7 ayə.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
Uşaqlar böyük bir sevinc gətirirlər.
Quranda deyilir:
وَالَّذِينَ يَقُولُونَ رَبَّنَا هَبْ لَنَا مِنْ أَزْوَاجِنَا وَذُرِّيَّاتِنَا قُرَّةَ أَعْيُنٍ وَاجْعَلْنَا لِلْمُتَّقِينَ إِمَامًا
«Onlar deyərlər: “Ey Rəbbimiz! Bizə gözümüzün aydınlığı olan zövcələr və övladlar bəxş et və bizi müttəqilərə imam et!”»
📗 Bax: Qurani Kərim, Əl-Furqan surəsi, 74 ayə.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
Quran uşaqları dünya həyatının bəzəyi adlandırır.
الْمَالُ وَالْبَنُونَ زِينَةُ الْحَيَاةِ الدُّنْيَا ۖ
«Var-dövlət və övladlar dünya həyatının bərbəzəyidir.»
📗 Bax: Qurani Kərim, Əl-Kəhf surəsi, 46 ayə.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
Peyğəmbərə ﷺ gəldikdə isə, uşaqlıq aləminin cənnətə oxşadığını deyir.
"Uşaqlar - cənnət kəpənəkləridir."
📚 Muslim.
Ardı var...
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
✍🏻 Um Suleyman.