İnsan vəfat etdikdən sonra, tərk etdiyi sərvətində olan haqları (5)



Ölünün tərk etdiyi mülk və malında beş haqq vardır. Onlar:


1. Birinci haqq. İnsan öldükdən sonra, onu son mənzilinə yola salınması üçün tələb olunan işlərin icrası üçün, tərk etdiyi malından ödənilir.
(Məs: kəfən, qəbir qazmaq, ölünü yumaq, qəbiristanlığa daşımaq, dəfn etmək və sairə)
Uca Allah buyurur:

وَلَقَدْ كَرَّمْنَا بَنِي آدَمَ وَحَمَلْنَاهُمْ فِي الْبَرِّ وَالْبَحْرِ وَرَزَقْنَاهُمْ مِنَ الطَّيِّبَاتِ وَفَضَّلْنَاهُمْ عَلَىٰ كَثِيرٍ مِمَّنْ خَلَقْنَا تَفْضِيلًا

«Biz Adəm oğullarını (diri və ölüsünü) hörmətli etdik, onları quruda və dənizdə minik üstündə daşıdıq, onlara pak ruzilər verdik və onları yaratdıqlarımızın çoxundan xeyli üstün etdik».

📗Bax: Qurani Kərim, Əl-İsra surəsi, 70 ayə.


2. Meyitin tərk etdiyi mülkündə kiməsə və ya kiminsə haqların olması.

(Məs: meyitdə borc müqabilində tərk etdiyi kiminsə əşyası. Və ya meyitin borc müqabilində tərk etdiyi əşyası kimdəsə vardır)


3. Meyitin boynunda olan borc. Allaha nəzir etdiyi borc.

Sələf və xələf (yəni, onlardan sonra gələn) alimlər icma ediblər ki, meyitin borcunun qaytarılması, etdiyi vəsiyyətindən öncə icra edilir.
Əli bin Əbu Talib رضي الله عنه (Allah ondan razı olsun) dedi ki, Allah rəsulu ﷺ (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) meyitin vəsiyyətinin icrasından əvvəl, onun borcunun ödənilməsini tələb edərdi.


4. Qeyri varislərinə tərk etdiyi malından ancaq üçdə bir hissəsini vəsiyyət edə bilər.
Uca Allah buyurur:

مِنْ بَعْدِ وَصِيَّةٍ يُوصِي بِهَا أَوْ دَيْنٍ ۗ

«Bu bölgü ölənin vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra aparılır».

📗Bax: Qurani Kərim, Ən-Nisə surəsi 11 ayə.


5. Yerdə qalan sərvət isə varislər arasında bölünür. Bu varislərin haqqıdır.


______
Sual və məsələlər:

1- İnsan vəfat etdikdən sonra onun cənazəsi üçün hansı vəsaitdən istifadə edilir?

2- Əgər ölən insanın malı, mülkü yoxdursa, onda ona kim xərclər çəkir?

3- Əgər xərcləri çəkən yaxın adamı yoxdursa, onu kim əvəz edir?

4- Meyitin mülkündən birinci borcları ödənilir, yoxsa vəsiyyəti icra edilir?

5- Vəsiyyətin miqdarı nə qədər olmalıdır?

          ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈