Qəlblərin üzərinə düşən vacibatlar
"فواجبات القلوب أشد وجوبا من واجبات الأبدان وآكد منها وكأنها ليست من واجبات الدين عند كثرين من الناس بل هي من باب الفضائل والمستحبات"
📚 انظر: إغاثة اللهفان (2/180)
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
İbn Qeyyim (rahiməhullah) demişdir:
"Qəlblərin üzərinə düşən vacibatlar, vaciblik baxımından bədənlərin üzərinə düşən vacibatlardan daha şiddətli və daha təkidlidir. Lakin əksər insanlara görə onlar, sanki heç dinin vaciblərdən deyillər. Onlar qəlbin üzərinə düşən vacibatları, fəzilət və müstəhəb bölümü kimi qələmə verirlər."
📚 Bax: "İğasətul-ləhfən", (2/180).