Şeyx İbn Bəzə (Allah ona rəhmət etsin) sual verilir:
SUAL: Hədisdə varid olan zikrlər yəni, demək istəyirəm səhər və axşam zikrləri, namazdan əvvəldir yoxsa ondan sonradır?
CAVAB: Məsələ genişdir. İstər namazdan əvvəl edilsin, istərsə də ondan sonra edilsin. Əgər onları günəş batmazdan əvvəl əsrdə etsə, yaxşı olar. Məğribdən sonra etsə, eyb etməz. İzzət və cəlal sahibi Allah buyurur:
«Elə isə axşam-səhər Allahı təqdis edib şəninə təriflər deyin!»
📚Bax: Qurani Kərim, Ər-Rum surəsi, 17 ayə.
İzzət və cəlal sahibi Allah buyurur:
«...Gün doğmamışdan əvvəl, batmamışdan əvvəl Rəbbini təqdis edib şəninə təriflər de!»
📚Bax: Qurani Kərim, Qaf surəsi, 39 ayə.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
Məqsəd, təsbih, təhlil və şəriətə əsaslanan bütün zikrlərin günün sonunda və gecənin əvvəlində olmasıdır. Bu, axşam zikrləri adlanır. Səhər zikrləri isə, günün əvvəlində olur. Sübh namazından əvvəl və ya sonra, yaxud da günəş doğduqdan sonra edilə bilər. Hamısı olar. Genişlikdir. Həmd Allaha məxsusdur.
📡Bax: www.binbaz.org.sa/noor/2563