Nömrə: 16 - Oruc tutmağı bacarmayan adam bir yoxsul doyuracaq kəffarə verə bilərmi?




كيفية إخراج كفارة الصيام إذا كانت طعامًا.

نص السؤال:
كفارة الإطعام عن الصيام لمن لم يستطع صيام الشهر كله ، هل يجوز أن يدفعها جملة واحدة لثلاثين مسكينًا أول الشهر في يوم واحد أو وسطه أو آخره ؟ هل يجوز دفعها لأقل من ثلاثين مسكينًا ؟ وهل يجوز جمع ثلاثين مسكينًا في وليمة غداء أو عشاء أو إفطار في رمضان وتكفي؟

نص الإجابة:
الحمد لله، يجوز دفع الصدقة عن الأيام من رمضان أو عن الأيام كلها لمن لا يستطيع الصيام لزمانه أو هرم ، فإنه يجوز أن يدفع كفارة الأيام مقدمًا في أول الشهر ، ويجوز أن يؤخرها في آخر الشهر ، ويجوز في وسط الشهر ، كما أنه يجوز أن يدفعها جملة واحدة ، ويجوز أن يدفعها متفرقة ، ويجوز أن يدفعها لثلاثين ، ويجوز أن يدفعها لأقل من ذلك ، فالعدد ليس مشترطًا أن يكون ثلاثين وإنما يدفعها لجملة مساكين وجملة فقراء أو لفقير . أما جمع المساكين على الطعام أن يصنع طعامًا يكفي عن ثلاثين يومًا أو عدد الأيام التي أفطر فيها ، ويجمع عليها المساكين الجمهور لا يجيزون هذا ؛ لأن المطلوب تمليك المسكين هذا الطعام إن شاء بالأكل وإن شاء بالبيع وإن شاء بغيره ، فإعطاؤه الطعام غير مطبوخ أنفع له بالتصرف ، أما المطبوخ فلا ينتفع به إلا بالأكل ، وأجاز بعض العلماء أن يصنع طعامًا عن الكفارة ويجمع المساكين ولكن ، كما ذكرنا الجمهور على عدم الجواز والتعليل ؛

لأنه لا يتمكن المسكين من الانتفاع الكامل بهذا الشيء ، وإنما ينتفع به في الأكل فهو أضيق انتفاعًا من دفع الطعام غير المطبوخ والإنسان ينبغي له أن يحتاط في أمر دينه وعبادته ولا يجوز دفع النقود عن الإفطار في رمضان ، ولا يجوز دفع النقود عن صدقة الفطر ؛ لأن الله تعالى نص بالإطعام قال تعالى:

( وَعَلَى الَّذِينَ يُطِيقُونَهُ فِدْيَةٌ طَعَامُ مِسْكِينٍ ) [البقرة : 184]

والنبي صلى الله عليه وسلم في صدقة الفطر يقول:

«صاع من بر صاع من شعير صاع من تمر ... » إلخ الحديث
[انظر صحيح الإمام البخاري ج2 ص138 من حديث ابن عمر رضي الله عنه.
وليس فيه صاع من بُر وفي بعض الروايات « صاع من طعام » [انظر صحيح الإمام البخاري ج2 ص138 من حديث أبي سعيد الخدري رضي الله عنه وإذا نصف الرسول صلى الله عليه وسلم على الإطعام فإنه يجب التقيد به وكانت الدراهم والنقود موجودة وقت التشريع والشارع نص على الطعام فلو كان دفع النقود جائزًا لبينه للناس ؛ لأن تأخير البيان عن وقت الحاجة لا يجوز ويجوز أن ينقل الصدقة من بلد إلى بلد قريب أشد حاجة.

          ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈

Şeyx Salih Əl-Fovzana (Allah onu hifz etsin)  verilən sualın mətni:

"Bütün ayı oruc tutmağı bacarmayan adamın oruca görə (bir yoxsulu) doyuracaq kəffarəsi (fidyəsi) barədə soruşulur. O bu kəffarəni ayın əvvəlində,  ortasında və ya axırında bir günün içində bir dəfəyə otuz kasıba verə bilərmi?

   Həmçinin otuzdan az kasıba verə bilərmi? O,  otuz kasıbı toyda günorta və ya şam yeməyinə və ya da Ramazanda iftar süfrəsində bir yerə cəm edə bilərmi? Bu,  yetərli sayılırmı?"

          ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈

CAVABIN MƏTNİ:

   Əlhəmdulilləh. Vaxtı və ya qocalığı ilə əlaqədar oruc tuta bilməyən adam,  Ramazandakı bəzi günlərin və ya hamısının əvəzinə sədəqə verə bilər. O,  bunu ayın əvvəlində,  axırında və ya ortasında edə bilər. Bunu bir yerdə də ayrı-ayrı da ödəyə bilər. Otuz kasıba və ya daha azına kəffarəni verə bilər. Sayın otuz olması şərt deyil. O,  kəffarəni kasıblara,  yoxsullara və ya bir yoxsula verir.

   Otuz günün və ya tutmadığı günlərin əvəzinə yemək bişirərək yoxsul adamları süfrədə bir yerə toplamağa gəlincə,  cumhur (yəni,  əksəriyyət alimlər) bunu icazəli hesab etməmişdir. Çünki tələb olunan yoxsul adamın həmin qidaya istərsə yemək,  istər alış-veriş,  istərsə də digər vasitələrlə sahib olmasıdı. Bişməmiş qidanın ona verilməsi ondan istədiyi kimi istifadə etməsi üçün daha sərfəlidi. Bişmiş yeməkdən isə yalnız onu yeməklə faydalana bilər.

   Bəzi alimlər kəffarəni ödəmək üçün yemək bişirilməsinə və yoxsulları bir süfrəyə toplamağa icazə vermişlər. Lakin qeyd etdiyimiz kimi əksər alimlər (cumhur) bunu icazəli hesab etməyiblər. Səbəbi isə,  yoxsul adamın həmin şeydən tam faydalana bilməməsində görmüşlər. O yalnız yeməklə faydalanır ki bu da bişməmiş qida məhsulunu ona verməkdən daha az mənfəətlidi.

   İnsan dini məsələrində və ibadətlərində ehtiyatlı olmalıdı. Həmçinin Ramazanda oruçu açmanın əvəzinə pul da verə bilməz. Fitrə zəkatını da pulla verə bilməz. Çünki Allah təalə (yoxsulu) doyuracaq qidanı vurğulamışdı. Allah belə buyurur:

«Oruc tutmağa taqəti olanlar yoxsulu doyuracaq qədər fidyə versinlər»(1)

   Allah Elçisi (sallallahu aleyhi və səlləm) fitrə zəkatı haqda demişdir:
"Bir saa buğda, bir saa arpa, bir saa xurma..."(2)

   Hədisi İbn Ömər (radiyallahu anhu) rəvayət etmişdir. Bəzi rəvayətlərdə isə:
"Bir saa qida məhsulu" deyilmişdir.(3)
Həmin hədisi Əbu Səid əl-Xudri (radiyallahu anhu) danışmışdı.

   Əgər Allah Rəsulu (sallallahu aleyhi və səlləm) qidanı vurğulamışsa onu əsas götürməmiz vacibdir. Həmin vaxt da dirhəm və digər pul vahidləri mövcud idi. Şəriətdə isə qida məhsulu vurğulandı. Əgər pul vermək icazəli olsaydı,  şəriət bunu insanlara bəyan edərdi. Belə ki,  lazimi vaxtda bəyanı gecikdirmək icazəli deyil.
   Həmçinin sədəqəni (yəni,  fidyəni,  kəffarəni) daha çox ehtiyacı olan yaxın bölgələrə göndərmək olar."(4)

          ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈

📚 Bax:
1- Qurani Kərim,  Əl-Bəqərə surəsi,  184 ayə.
2- Səhih Buxari (2/138).
3- Səhih Buxari (2/138).
4- www.alfawzan.af.org.sa/node/7453