Ayaq üstə sidiyə çıxması icazəlidirmi?



Şeyx İbn Bəzə (rahiməhullah) sual verilir.

SUAL:
"İnsanın ayaq üstə sidiyə çıxması icazəlidirmi? Bilərək ki,  onun bədəninə və paltarına bundan heç nə dəyməyəcək."

          ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈

CAVAB:
"Ayaq üstə,  xüsusən də,  buna ehtiyac duyulduqda  sidiyə çıxmaqda bir sıxıntı yoxdur. Əgər bağlı yerdədirsə,  sidiyə çıxanın övrətini heç kim görmürsə və sidik onun üzərinə sıçramırsa belə edə bilər. Bu,  Huzeyfənin (Allah ondan razı olsun) rəvayətində öz təsdiqini tapmışdır. O demişdir:

"Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bir qövmün zibilliyinə gəldi və ayaq üstə sidiyə çıxdı."(1)

   Lakin oturaraq sidiyə çıxmaq daha əfzəldi. Çünki Peyğəmbərin  (Allahın salavatı və salamı onun üzərinə olsun) əksər hallarda etdiyi budur (yəni,  oturmasıdır). Həmçinin oturmaq övrət yerini daha yaxşı örtür və sidik sıçrantısının (bədənə və ya paltara) toxunmasının qarşısını daha yaxşı alır."(2)

          ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈

📚 Bax:
1- Buxari (222) və Muslim (273) rəvayət etmişlər.
2- İbn Bəzin fətvalar toplusu, 6/352.