Sualın məzmunu belədir ki, bir nəfər hissə-hissə ödənişli maşın alış-verişi barədə soruşur. Uzun müddətli ödənişin müəyyən faydalarının olduğunu lakin qrafikli ödənişdə gecikmə olduqda artıq məbləğin üstünə gəldiyini vurğulayır və bunun icazəli olub-olmadığını soruşur.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
Cavab: Əgər hissə-hissə ödənişlə maşın satan şəxs, onu bəlli məbləğə və bəlli vaxta satırsa və ödəniş vaxtının gecikməsinə görə bir şey artırmayırsa, bunda (yəni belə alış-verişdə) bir problem yoxdur. Çünki pak və uca Allah buyurur:
«Ey iman gətirənlər! Əgər bəlli müddətə bir-birinizə borc verib aldıqda onu yazın.»(1)
Həmçinin təsdiqini tapan hədisdə Allah Rəsulu (sallallahu aleyhi və səlləm) müəyyən müddətə bir şey almışdır. Lakin əgər bəlli zamana mal satan şəxs - necə ki bu, sualdan başa düşülür - qrafikli ödənişin gecikməsi ilə məbləğə əlavə edirsə bu, müsəlmanların yekdilliyi (icması) ilə icazəli deyil. Çünki cahiliyyə sələminə uyğun olur. Halbuki bu barədə Quran ayəsi nazil olmuşdur. Belə ki, onlardan biri ona borclu olan şəxsin borcunu vermə vaxtı gəldikdə belə deyərdi:
"Ya borcunu ödə, ya da borcunun üzərinə artırıram."(2)
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
Bax:
1- Qurani Kərim, Əl-Bəqərə 282 ayə.
2- Fətəva əl-ləcnə əd-dəimə 2805.