Müsəlmanlara nazil olan Müqəddəs Kitab - Qurani Kərim yaxşılıq etməyə və pislikdən çəkinməyə çağırır. Qurani Kərimdən ədəb-əxlaqla bağlı bəzi ayə-qaydaları zikr edək.
Allah Təala buyurur:
هَل جَزاءُ الإِحسانِ إِلَّا الإِحسانُ
"Yaxşılığın əvəzi ancaq yaxşılıq deyildirmi?"
(Ər-Rahman, 60 ayə)
Qayda, Uca Allahla qulu arasında olan müəmələdən və insanların öz aralarında olan müəmələdən gedir. Bu qaydanı tətbiq etmək zəruridir. Çünki, qaydanı tətbiq etməklə insan dünya və axirətdə rahatlıq tapar, hüzur əldə edər.
◇◆◇◆◇◆◇◆◇◆◇◆◇◆◇◆◇◆
Allah Təala buyurur:
وَإِذ أَخَذنا ميثاقَ بَني إِسرائيلَ لا تَعبُدونَ إِلَّا اللَّهَ وَبِالوالِدَينِ إِحسانًا وَذِي القُربى وَاليَتامى وَالمَساكينِ وَقولوا لِلنّاسِ حُسنًا وَأَقيمُوا الصَّلاةَ وَآتُوا الزَّكاةَ ثُمَّ تَوَلَّيتُم إِلّا قَليلًا مِنكُم وَأَنتُم مُعرِضونَ
"Bir zaman Biz İsrail oğulları ilə: “Allahdan qeyrisinə ibadət etməyəcək, valideynlərə, qohum-əqrəbaya, yetimlərə və kasıblara xeyirxahlıq edəcək, insanlara xoş söz deyəcək, namaz qılacaq və zəkat verəcəksiniz!”– deyə əhd bağladıq. Sonra az bir qisminiz istisna olmaqla, haqdan üz çevirib döndünüz."
(Əl-Bəqərə, 83 ayə)
Qayda, insanların öz aralarında danışıqları ilə bağlıdır. Danışıq üsluba, mənaya, ləfzə dəyər verir. Buna diqqət yetirənə, Allah rahatlıq və sülh bərəkəti verər.
◇◆◇◆◇◆◇◆◇◆◇◆◇◆◇◆◇◆
Allah Təala buyurur:
وَقُل لِعِبادي يَقولُوا الَّتي هِيَ أَحسَنُ إِنَّ الشَّيطانَ يَنزَغُ بَينَهُم إِنَّ الشَّيطانَ كانَ لِلإِنسانِ عَدُوًّا مُبينًا
"Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir."
(Əl-İsra, 53 ayə)
Qayda, insanlar arasında ən gözəl sözləri danışmağa təşviq edir. Bunu gündəlik həyatımızda tətbiq etsək, dünya və axirətimiz gözəl olar.
✍🏻 سليمان أبو إبراهيم الأذري
📚 "الأخلاق الفاضلة"
1438/8/19 هـ.