Övladların tərbiyəsi üçün, onlara cümə günün əməllərini öyrətmək




قال سعد - رضي الله عنه - لابنه يوم الجمعة :

Sa'ad - Allah ondan razı olsun, cümə günü oğluna dedi:

هل اغتسلت؟

"Qüsl aldınmı ?"
(yəni, çimdinmi ?)

فقال ابنه: لا.

Oğlu dedi: "xeyr"

فقال : ما كنت أحسب أن أحداً يدع الغسل يوم الجمعة!

O dedi: "Mən kimsənin cümə günü qüslu (almağı) tərk etməsini bilmirdim !"

مصنف ابن أبي شيبة [٤٩٩٨].

📚 Musannaf ibn Əbi Şeybə (4998)


___________
Mühüm qeyd: "Keçmiş müsəlmanlar" - bu iki kəlməni müxtəsər olaraq - "sələf" sözü əvəz edir.
     Bir çox insanlara, "sələflərimiz belə dedi...", "sələflərimiz belə etdi...", deyəndə zənn edir ki, "sələflər" yeni firqədir. Yeni dini məzhəbdir. Xeyr. Yanlış düşüncədir.

    "Sələf" deyəndə, yəni keçmiş, qədim müsəlmanlar nəzərdə tutulur. Bizdən öncə yaşayanlar.
     Ümumiyyətlə, "sələf" sözü azərbaycan dilinin lüğətində vardır. Ərəb mənşəli sözdür. Fayda üçün, lüğətə qayıdaq.

sələf

isim [ərəbcə] Hər hansı bir sahədə, işdə, mövqedə fəaliyyəti o birindən daha qabaq olmuş, yaxud qabaq yaşamış adam (xələf ziddi). Sələflərə dərin hörmət. – Bizim emblemamız, rəmzimiz, şərəfimiz; Qoy olsun sələf, – dedik. B. Vahabzadə.