Nəsihət




Müqəddimə

Bu yazı, iman əhlindən olan alimlərdən, şeyxlərdən, tələbələrdən çəkindirən və "ondan elm alınmaz", "bundan elm tələb edilməz" sözünü deyənlərə və onları kor-koranə təqlid edənlərə nəsihət risaləsidir.

Allah ﷻ sənə rəhm etsin, bil ki, şəriət elmi təqvalı, saleh və bilikli birisindən tələb edilir.

Ey müsəlman, əgər sən birisini kimdənsə çəkindirmək istəyirsənsə, harama girməmək üçün aşağıdakı qaydaları bilməyin sənə vacibdir :

1- Məlumatı, xəbəri məsdərin özündən almaqdır.

Allah ﷻ buyurur :

 يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنْ جَاءَكُمْ فَاسِقٌ بِنَبَإٍ فَتَبَيَّنُوا أَنْ تُصِيبُوا قَوْمًا بِجَهَالَةٍ فَتُصْبِحُوا عَلَىٰ مَا فَعَلْتُمْ نَادِمِينَ
《Ey iman gətirənlər! Əgər bir fasiq sizə bir xəbər gətirsə, onu araşdırın. Yoxsa bilmədən bir qövmə pislik edər, sonra da bunun peşmançılığını çəkərsiniz.》

Möminlərin mənhəcinə əsasən, kiminsə haqqında hər hansı məlumat və ya xəbər gəlsə, onun haqqında ətraflı, izahlı, şərhli məlumatın olmadığı halda, hadisəyə hökm verməklə, günaha batdığına əmin ola bilərsən ! Bundan heç şübhən olmasın !

     •┈┈┈┈•◈◉✹❒📚❒✹◉◈•┈┈┈┈•

2- Adil və insaflı olmaq.

Allah ﷻ buyurur :

 وَإِذَا فَعَلُوا فَاحِشَةً قَالُوا وَجَدْنَا عَلَيْهَا آبَاءَنَا وَاللَّهُ أَمَرَنَا بِهَا ۗ قُلْ إِنَّ اللَّهَ لَا يَأْمُرُ بِالْفَحْشَاءِ ۖ أَتَقُولُونَ عَلَى اللَّهِ مَا لَا تَعْلَمُونَ

《Onlar yaramaz əməl etdikləri zaman: “Atalarımızı belə gördük. Allah da bizə bunu əmr etmişdir”– deyirlər. De: “Allah yaramaz əməlləri əmr etməz. Yoxsa Allaha qarşı bilmədiyinizi danışırsınız?”》

Diqqət yetirin ki, Allah ﷻ onların iki sözlərindən birinə cavab verir, digərinə isə, düz dedikləri üçün qəbul edərək, onları yalan çıxartmır.

"Onlar yaramaz əməl etdikləri zaman:
1- “Atalarımızı belə gördük.

2- Allah da bizə bunu əmr etmişdir”– deyirlər.

Allah ikinci cümləyə cavab verir, birinciyə isə cavab vermir :

《"...De: “Allah yaramaz əməlləri əmr etməz. Yoxsa Allaha qarşı bilmədiyinizi danışırsınız? 》

İkinci cümlə doğru olduğu üçün, ona cavab verilmir. Doğrudan da, onlar atalarının dediklərinə tabe idilər.
   Allahın ﷻ müşriklərə qarşı olan ədalət və insafına diqqət yetirin. Müxalifə qarşı insaflı, ədalətli olmaq hər bir müsəlmanın qaydasıdır !

     •┈┈┈┈•◈◉✹❒📚❒✹◉◈•┈┈┈┈•

3- Alimlər məsum, xətasız deyil, onlara da nəsihət edilir.

   Düzdür, alimin xətası tərk edilir, özünə isə hikmətlə, elmlə nəsihət edilir. Müsəlmanlar hər xəta edən alimi, şeyxi, elm tələbəsini xətasına görə tərk etsə, yer üzündə elm tələb etməyə alim tapılmaz.

İbn Teyimiyyə رحمه الله تعالى bir ayənin təfsirində buyurur ki :

 يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

《Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. Hər hansı bir camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır.》

"Əgər, Allah ﷻ möminlərə, kafirlərə qarşı ədalətli olmağı əmr edirsə, iman əhlindən olan fasiqlərə, bidət əhlinə qarşı necə olmalıyıq ?!! Kafirlərdən öncə, onlara qarşı ədalətli olmalıyıq".

İbn Teyimiyyə رحمه الله dedi :
"Hər kimsə Peyğəmbərin gətirdiyinə iman etmiş olduğu halda xeyirlidir, nəinki ona küfr edən. Hətta, mömində bidətin hər hansı növü olsa belə".
📚 Bax : İbn Teyimiyyənin "fetvalar toplusu" kitabına (35 cild, 201 səh.)

     •┈┈┈┈•◈◉✹❒📚❒✹◉◈•┈┈┈┈•

Sələflərdən ibrət üçün bəzi qissələri xatırladım.

- Osman ibn Affan - Allah ondan razı olsun, muhasirəyə alınanda, müsəlmanlara namazı başqa birisi qıldırırdı. Ondan soruşulanda ki, sən müsəlmanların imamı, bu isə fitnəkarların imamıdır. Osman - Allah ondan razı olsun, ona bu cür cavab verdi : "Ey qardaş oğlu, namaz, insanların ən gözəl əməlindən sayılır, əgər doğru qılırlarsa onlarla qıl, xəta qılırlarsa xətalarından çəkin".

- İmam Əz-Zəhəbi - Allah ondan razı olsun, "əl-mizən" adlı kitabında bəzi bidətə düşmüş müsəlmanlar haqqında danışanda dedi :
"şiəlik, əksər təbein və onların davamçılarında mövcud idi. Onların rəvayət etdikləri, şiəliyə görə rədd edilsəydi, Peyğəmbərin ﷺ bir çox hədisləri yox olardı, bu isə açıq fəsaddır".

Qeyd : "şiəlik" deyəndə, indiki şiələr deyil, əhli sünnədən olan Əli ibn abu Talibə - Allah ondan razı olsun, ona meyl edən tabeinlər nəzərdə tutulur.

     •┈┈┈┈•◈◉✹❒📚❒✹◉◈•┈┈┈┈•

   Bir xatırlatmanı da edim. Səudiyyə Ərəbistanında, orta məktəblərdə, universitetlərdə və sair elmi tədris mərkəzlərində, tələbələrə dini dərsləri Misir, Suriya, İordaniya, Sudan, Mərakeş və digər ölkələrdən və müxtəlif camaatlardan olan müəllimlər verir.
   Buna baxmayaraq, alimlərdən eşitməmişik ki, həmin tədris mərkəzlərində faydalanmağı qadağan etsinlər. Əksinə, orada dərs almağı tövsiyə edirlər.

     •┈┈┈┈•◈◉✹❒📚❒✹◉◈•┈┈┈┈•

   Bir misal çəkmək istəyirəm. Zəmanəmizdə yaşayan ümmətin alimlərindən biri olan şeyx ƏbdulƏziz Ət-Tarifi - Allah ondan razı olsun, haqqında sizə qısa bir məlumat verim. O, hicrətin 1396 ilində anadan olub. Riyad şəhərində yerləşən İmam Məhəmməd ibn Saud Universitetində şəriət fəkultəsini bitirib. Şeyxin sizə tanınan müəllimlərindən İbn Baz, Əl-Mubarakfuri, ibn Əqil, AbdurRahman Əl-Barrak, AbdulKərim Əl-Xudeyr, Saleh Əl-Şeyx və sairə tanımadığınız müəllimlərdən elm tələb edib.
   O, - Allah ondan razı olsun, əhli sünnənin şeyxlərindən biri kimi tanınır. Heç bir böyük alimdən eşitməmişik ki, ondan faydalanmağı qadağan etsin. Sözsüz ki, şeyx məsum, xatasız insan deyil. Xatası tərk edilir, doğru sözü isə qəbul edilir.
 Əgər hər hansı bir müsəlman ondan və ya digər alimlərdən çəkindirmək istəyirsə, mötəbər sübütlar gətirsin. Əks halda, ölmüş qardaşının ətini yeyən hesab edilir. Ondan uzaq olun, bəlkə tərbiyələnər.

     •┈┈┈┈•◈◉✹❒📚❒✹◉◈•┈┈┈┈•

Həqiqi elm tələbəsi, şeyxin və digər alimlərin sözlərini seçərək, sıravi müsəlmanlara nəql etməlidir. Alimin hər sözü sıravi müsəlmanlara nəql edilməz.
   Təəssüflər olsun ki, bəzi elm tələb edən qardaşlarımız, öz müəllimlərinin tarixi xatalarını Azərbaycanda tətbiq edirlər.

Allah ﷻ buyurur:

وَتِلْكَ الْأَيَّامُ نُدَاوِلُهَا بَيْنَ النَّاسِ وَلِيَعْلَمَ اللَّهُ الَّذِينَ آمَنُوا وَيَتَّخِذَ مِنْكُمْ شُهَدَاءَ ۗ وَاللَّهُ لَا يُحِبُّ الظَّالِمِينَ

"...Biz bu günləri (qalibiyyəti və məğlubiyyəti) insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirənləri üzə çıxarsın və aranızdan şəhidlər seçsin. Allah zalımları sevmir".

Bu risalədə hər şeyi yazmağı doğru saymıram. Qısa olaraq nəsihətim budur ki, elm əhli bu gün öz aralarında hər hansı məsələdə razılaşmasalar belə, sabah bir yola gələndən sonra, onda onların qeybətini edənlərin vəziyyəti necə olacaq ?!! Ağıl sahibi, bu sözümü dərk etsin !

     •┈┈┈┈•◈◉✹❒📚❒✹◉◈•┈┈┈┈•

Son olaraq, ağıl sahiblərinə iki ayəni və bir hədisi xatırladım.

1- Allah ﷻ buyurur :

 إِنَّ اللَّهَ يَأْمُرُكُمْ أَنْ تُؤَدُّوا الْأَمَانَاتِ إِلَىٰ أَهْلِهَا وَإِذَا حَكَمْتُمْ بَيْنَ النَّاسِ أَنْ تَحْكُمُوا بِالْعَدْلِ ۚ إِنَّ اللَّهَ نِعِمَّا يَعِظُكُمْ بِهِ ۗ إِنَّ اللَّهَ كَانَ سَمِيعًا بَصِيرًا

《Həqiqətən, Allah sizə əmanətləri sahiblərinə qaytarmanızı və insanlar arasında hökm verərkən ədalətlə hökm vermənizi əmr edir. Allahın sizə verdiyi bu öyüd-nəsihət necə də gözəldir! Şübhəsiz ki, Allah Eşidəndir, Görəndir.》

2- Allah ﷻ buyurur :

إِنَّ اللَّهَ يَأْمُرُ بِالْعَدْلِ وَالْإِحْسَانِ وَإِيتَاءِ ذِي الْقُرْبَىٰ وَيَنْهَىٰ عَنِ الْفَحْشَاءِ وَالْمُنْكَرِ وَالْبَغْيِ ۚ يَعِظُكُمْ لَعَلَّكُمْ تَذَكَّرُونَ

《Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohumlara haqqını verməyi əmr edir, iyrənc işlər görməyi, pis əməllər törətməyi və azğınlıq etməyi isə qadağan edir. O sizə öyüd-nəsihət verir ki, bəlkə düşünüb ibrət alasınız.》

3- Peyğəmbərimiz ﷺ buyurmuşdur :
"Müsəlman o kəsdir ki, onun dilindən və əməlindən digər müsəlmanlar salamatdırlar".
📚 Əl-Buxari və Muslim.


Ey müsəlman, dilini qoru ! Qardaşına zülm etməkdən çəkin ! Unutma ki, qiyamət günü, haqlar qaytarıldığı gün daha zülmətli olacaqdır.


Bu qədər kifayətdir.

والله أعلم

✍🏻 سليمان أبو إبراهيم الأذري
1438/12/6 هـ.