Keçmiş günlər indikindən fərqlənmir



Keçmiş günlər indikindən fərqlənmir...

Sufyan Əs-Səuri, hicrətin 161 ilində vəfat etmiş - Allah ona rəhmət etsin, dedi:

"İnsanlar bir-biri ilə görüşəndə, bir-birindən faydalanmağa çalışırdılar. Bu gün isə (yəni, o dövr, 1278 il bundan öncə təxminən) bu artıq yoxdur. Və bu gün onlardan uzaq olmaq - nicat tapmaq bilirik".

📚 "əl-Cərh və tə'dil" 1/88


___________
Mühüm qeyd: "Keçmiş müsəlmanlar" - bu iki kəlməni müxtəsər olaraq - "sələf" sözü əvəz edir.
     Bir çox insanlara, "sələflərimiz belə dedi...", "sələflərimiz belə etdi...", deyəndə zənn edir ki, "sələflər" yeni firqədir. Yeni dini məzhəbdir. Xeyr. Yanlış düşüncədir.

    "Sələf" deyəndə, yəni keçmiş, qədim müsəlmanlar nəzərdə tutulur. Bizdən öncə yaşayanlar.
     Ümumiyyətlə, "sələf" sözü azərbaycan dilinin lüğətində vardır. Ərəb mənşəli sözdür. Fayda üçün, lüğətə qayıdaq.

sələf

isim [ərəbcə] Hər hansı bir sahədə, işdə, mövqedə fəaliyyəti o birindən daha qabaq olmuş, yaxud qabaq yaşamış adam (xələf ziddi). Sələflərə dərin hörmət. – Bizim emblemamız, rəmzimiz, şərəfimiz; Qoy olsun sələf, – dedik. B. Vahabzadə.