Bəzi insanlar deyir ki, səmavi dinlər üçdür. Belə demək düzgündürmü ?



Bəzi insanlar deyir ki, səmavi dinlər üçdür. Belə demək düzgündürmü?


Səmaya nisbət edib, səmavi dinlər üçdür deyənlər yanılırlar. Onların, "yer üzündə dinlər müxtəlifdir" deməkləri o qədər də xata deyil, necə ki, yəhudiliyi və xristianlığı səmaya nisbət etməkləri.

    Bir çox insanlar zənn edirlər ki, səmavi dinlər deyiləndə: yəhudilik, xristianlıq və islam nəzərdə tutulur. Səmaya nisbət etməkləri, Allah qatında olan dinin olmasıdır. Xeyr!!
Səmavi din birdir, o da - Islam dinidir. Çünki, Uca Allah dedi:

 أَلَا لِلَّهِ الدِّينُ الْخَالِصُ 
"Doğrusu, əsl din ancaq Allaha məxsusdur."  Əz-Zumər surəsi, 3 ayə.

Uca Allah dedi:

 إِنَّ الدِّينَ عِنْدَ اللَّهِ الْإِسْلَامُ 
"Həqiqətən, Allah yanında qəbul olunan din, İslamdır!" Əl-İmran surəsi, 19 ayə.

        ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈

Sual verilə bilər ki, bəs onda yəhudilik və xristianlıq din olaraq hesab edilirmi?
Cavab budur ki, onlar millədir, şəriətdir yəni, dinin əyani qanunlarıdır.

          ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈

Dinlə şəriət arasında olan fərq:
- Din Allah qatında birdir. O da Islam dinidir.

- Şəriət isə, dinin əyani qanunlarıdır ki, onları Allahın elçiləri və peyğəmbərləri insanlara çatdırıb və onlar müxtəlifdir.

Bu qədər.
والله أعلم