Bidət və fitnə əhlinə dua etməyin hökmü ?



Müqəddimə.

Müdrik müsəlman, ciddi problemlərlə üzləşəndə bütün emosiyalarını kənara çəkib, məsələyə islamın hökmü ilə yanaşmalıdır.

    İslam şəriətin nəzəri və praktiki əhkamları, emosiyalardan və məsələyə ağılnan yanaşmaqdan - üstündür.

       •┈┈┈┈•◈◉✹❒📚❒✹◉◈•┈┈┈┈•

Əgər bidət və fitnə əhlinə "hidayət" duasını etmək olar və ya olmaz alimlər arasında ixtilaflı məsələdirsə, onlara Allahdan "yardım" duasını etmək məsələsində ixtilaf yoxdur.

Bilmək lazımdır ki, tarix boyu avam camatını öz xarab fikirləri ilə idarə edən daima iki qism olub :

Birinci qism : Kafir və müşriklər. Onlar müsəlmanların güclənməsindən qorxaraq, müsəlmanları özlərindən uzaqlaşdırmaq üçün, islam pərdəsi altında, avam müsəlmanları Quran və sünnədən sapdırmaq üçün, gecə-gündüz bu yolda çalışırlar. Yeni fikirlər və yeni camaatlar təşkil edirlər. Sonra onlara cəlb edici ad və şuarlar düzəldirlər. Onlara hər cür dəstək edirlər.

İkinci qism : Həqiqi bidət əhli. Hansılar ki, bidətinə iman edib və ona israrla dəvət edirlər.


Məsələdə istisna olaraq, o iki qisimdən olmayan "avam sıravi insanlar" qalır. Hansı ki, onlara inanıb və aldanıblar. Onların avamlığını istifadə edən bu iki qrup, öz planlarında onlardan istifadə edir.

Dua edəndə, aldanmış o, avam müsəlmanlar üçün dua edin. Allah onları, islah etsin. Allah onlara hidayət versin. Allah onları zalımlardan qurtarsın dualarını edin. Bu onlar üçün ən gözəl duadır.

İmam Əl-Acurri, hicrətin 360 ilində vəfat edib - Allah ona rəhmət eləsin, dedi :
"Xəvariclərin pis qövm olduqlarına keçmiş və indiki alimlər ixtilaf etməyiblər. Onlar, Allah və rəsluna صلى الله عليه وسلم asi oldular. Namaz qılsalar belə, oruc tutsalar belə... Bu onlara fayda verməz.."

        •┈┈┈┈•◈◉✹❒📚❒✹◉◈•┈┈┈┈•

Qardaş nəsihəti.
Dünyada baş verən hadisələrin məlumatını internet və televiziyadan deyil, inanılmış mənbələrdən alın. Öyrənin. Təhlil edin. Ağsaqqalların nəsihətlərinə qulaq asın. Alimlərin sözünə qulaq asın. Çünki, fitnə gələndə onu ancaq onlar tanıyır. Fitnə gedəndən sonra, onu avamlar tanımağa başlayır. Amma, artıq bu onlar üçün gec olur.

Bu qədər.
والله أعلم

✍🏻 سليمان أبو إبراهيم الأذري
1438/12/9 هـ.