Abdullah ibn Ömər
(hicrətin 73 ilində vəfat edib)
Ömər ibn Xəttabın oğlu, Abdullah ibn Ömər əbu AbdurRahman - Allah hər ikisindən razı olsun, dedi:
"Biz Azərbaycanda qəzavatdaydıq. Qar yağdığı üçün, namazları altı ay qısaldaraq iki rükət qılardıq". Hədis Səhihdir.
📚 Bax:
أخرجه عبد الرزاق 2 / 533 📗
ورواه البيهقي في السنن الكبرى 6 / 174 📗
وصححه ابن الملقن في البدر المنير 4 / 546 📗
وقال ابن حجر في الدراية 1 / 212 إسناده صحيح 📗
وصحح إسناده النووي في خلاصة الأحكام 2 / 734 📗
وصححه الألباني في إرواء الغليل 3 / 28 📗
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
O dedi: "İki-iki rükət, məğrib namazını isə üç rükət qılmaq".
Mən dedim: "Əgər biz Zil-Məcazda (məkanın adı) olanda necə ?".
Abdullah ibn Ömər soruşdu: "Zul-Məcaz nədir?".
Mən dedim: "Məkanın adı. Orada bir yerə toplaşırıq, alış-veriş edirik. Həmin yeri özümüzə on beş - iyirmi gecə məskən etmişik".
O dedi: "Ay kişi, Azərbaycanda idim, (rəvayəti nəql edən deyir: "bilmirəm iki ay dedi, yoxsa dörd ay") gördüm ki, onlar (yəni, səhabə və təbeinlər) namazları iki-iki rükət qılırdılar. Allah rəsulu ﷺ (səfərlərində) gözümlə bu cür qıldığını gördüm". Sonra o, (yəni, Abdullah ibn Ömər) bu ayəni oxudu:
لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللَّهِ أُسْوَةٌ حَسَنَةٌ لِمَنْ كَانَ يَرْجُو اللَّهَ وَالْيَوْمَ الْآخِرَ وَذَكَرَ اللَّهَ كَثِيرًا
📗 Qurani Kərim, Əl-Əhzəb surəsi, 21 ayə.
Hədis Səhihdir.
📚 Bax: İmam Əhməd bin Hənbəlin, "Müsnəd" adlı kitabına.
✍ Suleyman Cəlil Əl-Azəri (Er-Riyad)
1438 h.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈